RU

Ərdoğan Liviya Baş nazirinə başsağlığı verdi

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib.

"R.T. Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın və onunla birlikdə olan şəxslərin təyyarə qəzasında həlak olmalarından kədərini ifadə edərək başsağlığı verib",- o qeyd edib.

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
4
bakivaxti.az

5Источники