RU

Zelenski sülh planını açıqladı – 20 bənd

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli planının bütün məqamlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Sözügedən sülh planının bəndlərini təqdim edirik:

1. Ukraynanın suverenliyinin təsdiqlənməsi.

2. Rusiya və Ukrayna arasında hücum etməmək haqqında müqavilə.

3. Təhlükəsizlik zəmanətləri.

4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının800 min nəfər olması.

5. ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək. Əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab və sanksiyaların bərpası olacaq.

6. Rusiya Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

7. Ukrayna müəyyən bir tarixdə AB-nin üzvü olacaq (qoşulma tarixini təyin etmək istəyirik).

8. Qlobal İnkişaf Paketi;

9. Bərpa məsələlərini həll etmək üçün bir neçə fond yaradılacaq. Məqsəd 800 milyard dollar cəlb etməkdir;

10. Ukrayna ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək;

11. Ukraynanın nüvəsiz statusu.

12. Zaporojye AES. Ukraynanın kompromis təklifi: ABŞ və Ukrayna arasında 50/50 nisbətində bölünmə;

13. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığı təşviq edən, irqçilik və qərəzi aradan qaldıran təhsil proqramları.

14. Ərazilər. Variantlardan biri – Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq”.

Rusiya Ukraynanın Donetsk vilayətindən çıxmasını istəyir, ABŞ isə kompromis olaraq azad iqtisadi zona təklif edir. Əgər “harada dayanmışıqsa, orada qalırıq” variantı üzrə razılıq əldə olunmasa, azad iqtisadi zona yalnız referendum yolu ilə qəbul edilə bilər və bu halda bütün sənəd referenduma çıxarılmalıdır.

15. Rusiya və Ukrayna razılaşmaları güc yolu ilə dəyişməmək öhdəliyini götürür.

16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq. Kinburn burnu demilitarizasiya ediləcək.

17. Bütün əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi.

18. Ukrayna saziş imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir.

19. Bu saziş məcburi olacaq və icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək.

20. Tərəflər bununla razılaşdıqdan sonra atəşkəs dərhal qüvvəyə minəcək./Globalinfo.az

Избранный
13
10
turkustan.az

10Источники