“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün dayanıqlılıq, uyğunlaşma və inkişaf baxımından mühüm mərhələ kimi yadda qalıb.
Onun sözlərinə görə, bu il qeyri-hökumət təşkilatları cəmiyyətin aktual problemlərinə daha çevik reaksiya verməyə, sosial və ekoloji məsələlərdə ictimai marağı gücləndirməyə çalışıblar:
"QHT-lər üçün həm imkanlar,həm də çağırışlarla zəngin bir dövr oldu. Dövlət-vətəndaş cəmiyyəti dioloqunun davam etməsi, sosial və ekolji mövzuların prioritetləşməsi,eləcədə bölgələrdə işlərin güclənməsi müsbət məqamlar idi. 2025- ci il ərzində təşkilatımız əsasən ekologiya və sosial rifah istiqamətində bir sıra layihələr həyata keçirdi. Eyni zamanda iqlim dəyişikliyi, məişət zorakılığı, ətraf mühit və ekoloji maarifləndirmə ilə bağlı müxtəlif təlimlər həyata keçirdi. Regionlarda ekoturizmin inkişafı ilə bağlı layihələr həyata keçirildi, eləcə də layihələri keçirtdiyimiz bölgələrdə təmizlik aksiyaları həyata keçirildi,yerli icmaların ekoturizim və ekoloji problemlərlə bağlı fikir və təşəbbüsləri dəstəkləndi".
İradə Həsənova qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində regionlarda və paytaxtda təlimlər, seminarlar və ictimai müzakirələr keçirildi, ekoturizm, ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici materiallar hazırlandı və yayıldı, ictimai iştirakçılıq təşviq olundu, könüllülər cəlb edildi.