RU

İnsan hüquqları və demokratiya Avropanın dəyərlər sistemini deyil, təzyiqlər sistemini təşkil edir - ŞƏRH

Bakı, 24 dekabr, AZƏRTAC

Bir tərəfdən Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq edərək özünün təhlükəsizliyini təmin edən Avropa, digər tərəfdən Azərbaycana qarşı təzyiq siyasəti yürüdür ki, daha çox güzəştlər əldə etsin.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (İB) sədri Nadir Azəri deyib.

Onun sözlərinə görə, artıq çoxdandır Avropa Parlamenti (AP) demokratiya və söz azadlığı kimi anlayışlardan siyasi məqsədləri üçün istifadə edir.

“Dünyanın inkişaf etməkdə olan ölkələrinə siyasi və iqtisadi dəstək vermək əvəzinə onlardan demokratiya tələb edən AP əslində güzəştlər tələb edir və həmin dövlətin milli maraqlarını nəzərə almır. AP-nın qəbul etdiyi qətnamə hazırda dünyada mövcud olan bütün qanunlar və normativ aktlara ziddir. Hər bir dövlət özünün konstitusion quruluşunu müdafiə etməyə borcludur və bu müasir dövlətlərin birbaşa funksiyasına daxildir. Daxili işlərə qarışmaq və bundan sui-istifadə edərək təzyiq göstərmək isə yolverilməzdir”, - deyə İB-nin sədri qeyd edib.

N. Azəri vurğulayıb ki, dünyada cərəyan edən təhlükəli proseslər Azərbaycandan yan keçib, Azərbaycan sülh adasını xatırladır: “Azərbaycan Ermənistan ilə sülh prosesinə sadiq qalaraq onun təcrid vəziyyətindən çıxmasına yardım edir, taxıl və neft məhsullarını öz üzərindən daşınmasına şərait yaradır. Belə bir məqamda Azərbaycan qarşı insan hüquqlarının pozulması iddiasını irəli sürmək heç də təsadüfi xarakter daşımır. İnsan hüquqları və demokratiya kimi anlayışlar Avropanın dəyərlər sistemini deyil, təzyiqlər sistemini təşkil edir”.

 

Избранный
21
azertag.az

1Источники