RU

İsrail HƏMAS in daha iki liderini öldürdü

ain.az, Bakupost saytına istinadən bildirir.

İsrail ordusu bu gün yaydığı açıqlamada Qəzza zolağında HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın maliyyə bölməsinin rəsmisi Əbdülhay Zakkutun öldürüldüyünü bəyan edib.Bakupost.az xəbər verir ki, İsrail ordusunun “X” sosial platformasındakı açıqlamasına görə, İsrail Müdafiə Qüvvələri və daxili kəşfiyyat xidməti onu “Şin Bet”in birgə əməliyyatı çərçivəsində zərərsizləşdiriblər.Açıqlamada bildirilib ki, Zakkut və Raid Saadın olduğu avtomobil hədəfə alınıb. Son bir il ərzində Zakkutun HƏMAS üçün on milyonlarla dollar vəsait toplamaq və transfer etməkdən məsul olduğu, bu maliyyə resurslarının İsrailə qarşı istifadə edildiyi iddia olunub. Raid Saad isə 7 oktyabr qətliamını planlaşdıranlardan biri hesab olunurdu.Məlumata görə, Saad oktyabr ayında atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra öldürülən ən yüksək rütbəli HƏMAS üzvüdür.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
www.bakupost.az

1Источники