ain.az, Sia Az saytına istinadən bildirir.
”Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan amnistiya aktı Azərbaycan dövlətinin idarəetmə fəlsəfəsində insan amilinə verilən dəyərin növbəti ifadəsidir” Bu sözleri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu addım cəza siyasətinə münasibətdə daha ölçülü, ədalətli və sosial məsuliyyətə əsaslanan yanaşmanın üstün tutulduğunu göstərir. Amnistiya yalnız hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətdə barış, etimad və sosial sabitliyin möhkəmləndirilməsinə xidmət edən siyasi qərardır:
”Bu təşəbbüs onu göstərir ki, cənab Prezident tərəfindən həyata keçirilən dövlət siyasətində cəzanın məqsədi sırf cəzalandırma ilə məhdudlaşmır. Əsas hədəf islah olunmaq iradəsi nümayiş etdirən həmin şəxslərin yenidən cəmiyyətə qayıtmasına şərait yaratmaqdır. Amnistiya ailə münasibətlərinin bərpasına, sosial gərginliyin azalmasına və insanların gələcəyə ümidlə baxmasına real töhfə verir. Xüsusilə qadınlar, azyaşlı övladı olan şəxslər, yaşlılar və sağlamlıq vəziyyəti nəzərə alınmalı olan insanlar üçün tətbiq edilən yanaşma dövlətin sosial həssaslığını aydın şəkildə ortaya qoyur.
Hüquqi baxımdan bu cür qərarlar qanunun aliliyini zəiflətmir, əksinə, ədalətin mahiyyətini daha dolğun şəkildə reallaşdırır. Çünki müasir hüquq anlayışında cəza həm də tərbiyəvi və islahedici funksiyanı daşıyır. Siyasi müstəvidə isə amnistiya dövlətlə vətəndaş arasında qarşılıqlı etimadı gücləndirir, hüquq-mühafizə və məhkəmə sistemində humanist yanaşmaların möhkəmlənməsinə stimul verir”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.