RU

Zəmanətə görə mağazaya ziyan vurdu- 6000 manat

Rusiyanın Altay diyarının Kamen-na-Obi şəhərində elektronika mağazasında ciddi insident baş verib. AzPost xəbər verir ki, zəmanət müddəti davam edən məişət texnikasının geri qaytarılmasından imtina edilməsi alıcının qəzəbinə səbəb olub və nəticədə ticarət zalında kütləvi dağıntı qeydə alınıb.

Məlumata görə, münaqişə su qızdırıcısı və televizorla bağlı yaranıb. Alıcı bu texnikanı daha əvvəl alıb, lakin məhsullar zəmanət müddəti ərzində sıradan çıxıb. Şəxs əvvəlcə avadanlığı özü təmir etməyə çalışıb, daha sonra isə mağazaya müraciət edərək pulunun geri qaytarılmasını tələb edib.

Mağaza rəhbərliyi isə müştərinin texnikaya özbaşına müdaxilə etdiyini əsas gətirərək zəmanət şərtlərinin pozulduğunu bildirib və vəsaitin qaytarılmasından imtina edib. Bu cavab alıcının emosiyalarına nəzarəti itirməsinə səbəb olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzəblənən şəxs satış zalında nümayiş üçün qoyulmuş məişət texnikasını sındırmağa başlayıb. Nəticədə 12 televizor və iki soyuducu tamamilə yararsız hala düşüb.

İlkin hesablamalara əsasən, mağazaya dəymiş maddi ziyan 330 min rubldan (təxminən 6 000 manat) çoxdur ki, bu da təxminən 6 min manata yaxın məbləğ təşkil edir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və insidenti törədən şəxs saxlanılıb.

AzPost.az

Избранный
23
azpost.info

1Источники