İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan istintaq çərçivəsində geniş əməliyyat həyata keçirilib.
İstanbul, Muğla, Adana və Antalya şəhərlərində təşkil olunan eyni vaxtlı əməliyyatlarda 20 nəfər saxlanılıb. Əməliyyat zamanı çoxlu miqdarda narkotik maddə və istifadəyə yarayan alətlər ələ keçirilib.
Saxlanılan şəxslər arasında model Melisa Fidan Çalışkan, oryantal Nuran Çokçalışkan, iş adamları Mehmet Tosmur və Hamdi Burak Beşer də var. Ümumilikdə əməliyyat 22 nəfərə qarşı "narkotik maddələrin istehsalı və ticarəti", "narkotik və psixotrop maddələrin istifadəsini asanlaşdırmaq üçün yer və vasitələr təmin etmə", "narkotik maddələri almaq, qəbul etmək və ya saxlamaq" və "fahişəliyə təşviq və vasitəçilik" kimi maddələr üzrə aparılıb.
Əməliyyat zamanı saxlanılmalı olan 22 nəfərdən 20-si tutulub, biri həbsdədir, digərinin axtarışı isə davam edir.
Sosial media fenomeni Ezgi Fındıq üçün də həbs qərarı verilib. Ezgi Fındıq, lüks həyat tərzi və iş adamı Seif El Attal ilə əlaqəsi ilə tanınır. Bildirilir ki, o, istintaqda saxlanılan Sercan Yaşar ilə yaxın münasibətdə olub.
İstanbul Baş Prokurorluğu açıqlayıb ki, əməliyyat gizlilik və ciddi nəzarət altında aparılır. Saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlarda kokain, marixuana və narkotik istifadə üçün alətlər ələ keçirilib.
İstintaq hələ də davam edir.
.jpg)

