RU

“Atletik” “Qarabağ”la oyunda azarkeşlərinin davranışına görə cəzalandırılıb

UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Atletik” (Bilbao) - “Qarabağ” oyunu zamanı baş verən çoxsaylı insidentlərə görə UEFA “Atletik” klubunu 10 min avro məbləğində cərimələyib.

İdman.Biz xəbər verir ki, buna səbəb azarkeşlərin matç zamanı UEFA-nın İntizam Reqlamentinin 16(2)-ci maddəsinin tələblərinə əməl etməməsi olub.

Belə ki, “Atletik” klubu “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” görə cəzalandırılıb. Sözügedən maddəyə əsasən, jestlər, sözlər, əşyalar və ya siyasi, ideoloji, dini və ya təhqiramiz xarakter daşıyan istənilən digər vasitələrlə bu cür mesajların verilməsi qadağandır.

Xatırladaq ki, sözügedən matç zamanı "Atletik" komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. "Qarabağ" rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə bitib.

İdman.Biz
Məqalədə:
Избранный
61
idman.biz

1Источники