RU

Roma Katolik Kilsəsi: Süni intellekt insan əxlaqını əvəz edə bilməz

Süni intellekt təhsildə faydalı alət olsa da, insanın mənəvi inkişafını, vicdanını və əxlaqi qərarvermə qabiliyyətini əvəz edə bilməz.

Bu barədə Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete danışıb.

News365.az xəbər verir ki, Fekete Azərbaycan Din Xadimlərinin II Forumunda “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” panelində çıxış edərkən bildirib ki, texnologiyaların istifadəsi yalnız insan rifahına və ümumi xeyrə xidmət etməlidir.

Nümayəndə vurğulayıb ki, Katolik Kilsəsi üçün təhsil sadəcə bilik ötürülməsi deyil, bütöv insan şəxsiyyətinin formalaşdırılmasıdır. “Süni intellekt yalnız vasitə olaraq istifadə edildikdə insanın inkişafına töhfə verə bilər. Mərkəzdə həmişə insanın şəxsiyyəti dayanmalıdır”, – Fekete əlavə edib.

News365.az 

Избранный
10
1
news365.az

2Источники