RU

"Barselona" "Real"ın istədiyi futbolçunu izləyir

"Nottingem Forest"in mərkəz müdafiəçisi Murilyo "Barselona"ya keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Xoakim Piera məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Kataloniya klubu 23 yaşlı futbolçunu yaxından izləyir. "Barsa"da Murilyonun keyfiyyətləri yüksək qiymətləndirilir və onun Hans-Diter Flikin oyun sisteminə uyğun olduğu düşünülür.

Cari mövsümdə braziliyalı müdafiəçi bütün turnirlər üzrə 16 oyunda meydana çıxıb və 1 qol vurub. Murilyonun "Nottingem Forest"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Избранный
45
publika.az

1Источники