RU

İran hökuməti ölkədə valyuta denominasiyasına başlayır

Bakı. Trend:

İran hökuməti gələn İran ilindən (21 mart 2026 -20 mart 2027)ölkədə valyutadan 4 sıfırın silinməsi prosesinə başlayacaq.

Trend-inməlumatına görə, bu, İran hökumətinin parlamentə təqdim etdiyibüdcədə göstərilən qiymətlər əsasında bəlli olub.

Belə ki, İran hökuməti gələn ilin dövlət büdcəsində bütünməbləğlər 4 sıfırın silinməsi ilə göstərib.

Bu əsasda İranın Mərkəzi Bankının təqdim etdiyi valyutaməzənnəsinə əsasən 1 ABŞ dolları 746,437 rial təşkil edirsə, gələnİran ilində bu göstərici ilə 1 ABŞ dolları 74,6 rial təşkil edəcək.Təbii ki, gələn aylarda İranda valyutanın dəyərində ciddi azalmaqeydə alınmazsa, bu baş verə bilər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 22 noyabrda İranMərkəzi Bankının məcəlləsinin valyutanın denominasiyası (millivalyutadan 4 sıfırın silinməsi) ilə əlaqədar İran Parlamentinin 2noyabr qəbul etdiyi və İran Kontitusiyaya Nəzarət Şurasının 5noyabr təsdiqlədiyi qanunun icrası üzrə fərman imzalayıb.

Əlavə edək ki, İranın Mərkəzi Bankının məcəlləsində valyutanındenominasiyası ilə əlaqədar qanunda qeyd olunur ki, hazırkı 10 minrial – 1 riala və 100 qrana bərabərlik edəcək.

Keçid dövründə paralel şəkildə olduğuna görə, İran valyutası“rial” və “hazırkı rial” adlandırılacaq. Maksimum üç il ərzində buformada proses davam edəcək. Əskinaslar və dəmir pullarıntoplanması prosesi həyata keçiriləcək. Qeyd olunan 3 il başaçatdıqdan sonra İran valyutası “rial” adını daşıyacaq.

Избранный
53
1
az.trend.az

2Источники