RU

Ukraynanın ən iri neft hasilatçısı fəaliyyətini naməlum müddətə dayandırıb

Bakı. Trend:

Ukraynanın ən böyük neft hasilatı şirkəti olan “Ukrnafta”nıninfrastrukturu bir gün əvvəl baş verən partlayışlar nəticəsindəciddi zərər görüb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə “Naftoqaz Ukrayna” şirkətininmətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ciddi zədələnmələr səbəbindən “Ukrnafta”nınavadanlıqlarının işi dayandırılıb. Hansı konkret obyektlərin və yaqurğuların zərər gördüyü dəqiqləşdirilmir, baş verənlərlə bağlıəlavə təfərrüatlar açıqlanmır.

Bundan əvvəl şirkət istehsalat obyektlərində yaranmış zədələrinaradan qaldırılması üçün ərazidə təmir briqadalarının çalışdığınıbildirmişdi.

“Ukrnafta” Ukraynanın ən böyük neft hasilatı şirkətidir.Şirkətin strukturuna altı neft-qaz hasilatı idarəsi, üç qaz emalızavodu, həmçinin neft sənayesi üzrə xidmət idarəsi daxildir

Dekabrın 23-nə keçən gecə Ukraynanın şərqində yerləşən Xarkovşəhərində partlayış baş verib. Həmin vaxt Xarkov, Odessa,Nikolayev, Dnepropetrovsk, Poltava, Sumı və Çerniqovvilayətlərində, eləcə də Kiyev vilayətinin bir hissəsində havahəyəcanı elan olunmuşdu.

Məqalədə:
Избранный
43
1
az.trend.az

2Источники