RU

Qubada gəlin qayınanasının başını divara çırpdı Çay hazırlamaq DAVASI

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qubada gəlin qayınanasını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Gədikqışlaq kəndində qeydə alınıb.

26 yaşlı Mahizər Sultanova (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı qayınanasının saçından tutaraq, əvvəl sillə ilə üzünə vurub, sonra isə başını divara çırpıb.

Bu əməlinə görə, Mahizər Sultanova saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ildə, 16 yaşında ailə qurub və hazırda 5 övladı var. Onun sözlərinə görə, qayınanası ilə dava işdən gələn ərinə çay hazırlamaq üstündə baş verib. Belə ki, Mahizər gecə saat 12-də işdən gələn ərinə çay hazırlamayıb və qayınanası bunun səbəbini soruşanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qayınanasının üzünə sillə vurub, sonra saçından tutaraq, başını divara çırpıb. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb. Hadisə şahidi olan Mahizərin əri onu tutaraq, digər otağa aparıb və anası ilə arvadını ayırıb.

Zərərçəkən qadın gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini deyib.

Quba rayon Məhkəməsinin qərarı ilə Mahizər Sultanova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 aylıq islah işləri cəzasına məhkum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
4
lent.az

6Источники