RU

Erkin Qədirli Azərbaycanı Avropa Məhkəməsinə verib

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Deputat Erkin Qədirlinin Avropa İnsan Haqları Məhkəməsinə şikayəti üzrə kommunikasiya başlayıb.

Gununsesi.info xəbər verir ki, “Qədirli və digərləri Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsindən hökumətə cavablandırılması üçün suallar göndərilib.

Bu şikayət “Respublikaçı Alternativ” hərəkatının (o zaman hərəkat adlanırdı, partiya deyildi) təbliğat vərəqələrinin çap olunduğu nəşriyyatdan axtarış zamanı götürülməsi ilə bağlıdır.

Deputat Erkin Qədirli, Real partiyasının hazırkı sədri Natiq Cəfərli və digərlərinin birgə şikayətində iddia olunur ki, nəşriyyatda axtarışın aparılması, onlar üçün çap olunmuş vərəqələrin götürülməsi qanunsuz olub. Çünki bunun üçün məhkəmə qərarı olmayıb.

Avropa Məhkəməsində ərizədə qeyd ediblər ki, bu hadisədən bir müddət sonra ölkədə keçiriləcək refenduma etiraz olaraq, vərəqələr çap etdiriblər. Həmin vərəqələri yayan REAL-ın iki üzvü İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs olunub. Onların hər birinə 7 sutka həbs cəzası verilib. Materiallar da müsadirə olunub.

Bu iş üzrə ümumilikdə 7 nəfər ərizəçi Avropa Məhkəməsinə birgə şikayət göndərib. Onların bir çoxu sonradan REAL-dan istefa verib. Onların arasında hüquqşünas Xalid Bağırov, siyasətçi Azər Qasımlı, tarixçi Altay Göyüşov da var.

Daha iki ərizəçi isə 7 sutka həbs olunan Elşən Qasımov və Toğrul İsmayılov olub.

Ərizəçilər Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması), 10 (ifadə azadlığı) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddələrinin pozuntusunun tanınmasını istəyiblər.

Kommunikasiya mərhələsində Azərbaycana göndərilən suallar da bununla bağlıdır.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
icma.az

1Источники