“Barselona” və “Liverpul” “İnter”də çıxış edən Alessandro Bastonini heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, Avropa nəhəngləri müdafiəçini transfer etmək üçün mübarizə aparırlar.
İtaliyalı oyunçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. Sözləşmənin yenilənməsi ilə bağlı son danışıqlar uğursuz alınıb.
Qeyd edək ki, Alessandro Bastoni cari mövsüm “İnter”in heyətində 20 matçda meydanda olub.