RU

Xalq Bank istiqraz buraxılışına start verir

Bakı. Trend:

Ölkənin aparıcı maliyyə qurumlarından olan ASC “Xalq” Bankıistiqraz emissiyası üzrə abunə yazılışını elan edir. Bank, tədavüləhər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd adlı, faizli,sənədsiz və təmin edilməmiş istiqraz buraxır.

İstiqrazların müddəti 24 ay, gəlirliliyi illik 9% təşkil edir.İstiqrazlar üzrə faiz ödənişi dövrü 90 gün təşkil edir.

Emissiyanın anderraytinq xidmətini “Xalq Kapital” İ.Ş. QSC təminedəcəkdir.

Qeyd edək ki, abunə yazılışı 26 dekabr 2025-cı il tarixində başaçatır.

Xalq Bank istiqrazlarına investisiya müştərilərə sabit vəetibarlı gəlir əldə etmək imkanı verir. Bu addımla, Bankmüştərilərin maliyyə sabitliyini dəstəkləyir, həmçinin yerlikapital bazarının inkişafına töhfə verir.

Məqalədə:
Избранный
40
1
az.trend.az

6Источники