Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Atletiko"dan "Osasuna"ya keçdi
"Atletiko"nun müdafiəçisi Xavi Qala "Osasuna"da çıxış edəcək.
QOL.az xəbər verir ki, İspaniyanın "Osasuna" klubu futbolçunun transferini yekunlaşdırmaq üzrədir.
Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, Pamplona təmsilçisi keçid üçün paytaxt klubuna 500 min avro ödəyəcək. Razılaşmaya əsasən, futbolçunun komandada keçirdiyi hər mövsüm üçün əlavə 500 min avro bonus da ödəniləcək.
Qeyd edək ki, 31 yaşlı cinah müdafiəçisi 2023-cü ildə "Selta"dan "Atletiko"ya transfer olunmuşdu. Xavi Qala cari mövsümdə (2025/2026) Madrid klubunun heyətində 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.