RU

Naxçıvanın gələnilki büdcəsi təsdiqləndi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi 2026-cı ilin büdcə layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasında qərar qəbul olunub.

Belə ki "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev "Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin Azərbaycanın iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib.

Yekunda qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Избранный
41
5
publika.az

10Источники