RU

Bank of Baku ilə bağlı şikayət: Müştərinin kart balansında səbəbsiz mənfi məbləğ yaranıb

“Bank of Baku”nun müştərisi bank tətbiqində kart balansında səbəbi izah olunmayan mənfi məbləğin yarandığını iddia edir.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şikayətçi bildirir ki, 24.12.2025-ci il tarixində mobil tətbiqə daxil olarkən sonu **** ilə bitən debet kartında –4.88 manat balans görüb.

Onun sözlərinə görə, məsələ ilə bağlı banka müraciət etsə də, hələlik aydın və əsaslandırılmış cavab almayıb. Müştəri qeyd edir ki, 01.01.2025-ci il tarixindən bu günə qədər bütün əməliyyatlarını diqqətlə yoxlayıb və balansda əksik və ya hesablanmamış heç bir borc mövcud deyil. Tətbiq üzərindən aparılan yoxlamalar zamanı da ona yazılmalı olan hər hansı ödəniş və ya borc aşkar olunmayıb.

Şikayətçi yaranmış vəziyyəti texniki xəta kimi qiymətləndirir və məsələnin ciddi şəkildə araşdırılmasını tələb edir. O həmçinin vurğulayır ki, son dövrlər sosial şəbəkələrdə Bank of Baku ilə bağlı oxşar şikayətlərə tez-tez rast gəlinir. İddialara görə, bir çox müştərinin balansında səbəbsiz mənfi məbləğ yaranıb və banka müraciət etdikdə bu hal “texniki xəta” kimi izah olunub.

Vətəndaş hesab edir ki, bu cür texniki problemlər bank sistemi üçün qəbuledilməzdir. Bildirilir ki, məsələ ilə bağlı Bank of Baku-ya rəsmi müraciət edilsə də, indiyədək geri dönüş olmayıb. Şikayətçi artıq problemi Azərbaycan Mərkəzi Bankına da ünvanladığını və aydın, şəffaf nəticə gözlədiyini açıqlayıb.

Şikayət Xuraman adlı şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.

32gun.az xatırladır ki, sözügedən bankın müşahidə şurasının sədri Elçin İsayev, idarə heyətinin sədri Həsən Quliyevdir.

 

 

Избранный
60
nocomment.az

1Источники