RU

Prezidentlə xanımını kövrəldən çıxış - “Möhlət arzulamışdım”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində 2-ci yaşayış kompleksinə köçən sakinlərlə görüşündə maraqlı anlar yaşanıb.

Çıxış edən qadın sakini Mehriban Əliyeva ayağa qalxaraq təsəlli edib, həmin çıxış Prezident İlham Əliyevi də kövrəldib.  
Qadın sakin: Yəqin yadınızda olar, o vaxt çəkiliş olanda 79 yaşım var idi, indi 83 yaşımın içindəyəm, - burada, bu torpağın üstündə Sizinlə birlikdə, bütün xalqımla birlikdə durmağı Allah-Taala mənə nəsib etdiyinə görə çox şadam. Çox şükür, o açar təkcə evimin açarı deyil, o torpağımızın açarıdır, qızıl açardır. Çox şadam, Allah Sizi var eləsin, canınız sağ olsun. O vaxt Allah-Taaladan möhlət arzuladım ki, torpağımızın alınması münasibətilə gəlim, burada Sizə, Mehriban xanıma təşəkkürümü bildirim.

Избранный
12
2
yenilik.az

3Источники