RU

AMB: Ölkədə uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytraldır

Azərbaycanda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"2025-ci ildə pul siyasətinə dair qərarlar makroiqtisadi proqnozlar, inflyasiyanın risk amillərində baş verən dəyişikliklər, valyuta bazarındakı vəziyyət və xarici ölkələrdə faizlərin azaldılması üzrə gözləntilər nəzərə alınmaqla verilibr. Dövr ərzində faiz dəhlizi parametrləri öncədən nəzərdə tutulmuş qrafik üzrə 8 dəfə müzakirə edilib. AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr edilmiş 6 iclasında uçot dərəcəsinin sabit saxlanılması, 2 iclasında isə azaldılması barədə qərar qəbul edilib. Ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılıb, uçot dərəcəsi 7,25 %-dən 6,75 %-ə, faiz dəhlizinin yuxarı həddi 8,25 %-dən 7,75 %-ə, dəhlizin aşağı həddi isə 6,25 %-dən 5,75 %-ə endirilib", - deyə məlumatda xatırlanıb.

Избранный
57
4
far.az

5Источники