Sea Breeze
Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizi dünyada xarici siyasətin əsas baza prinsiplərindən biri hesab edilən etibarlı tərəfdaş kimi tanıdıb.Beş il öncə Vətən Müharibəsində əldə edilmiş tarixi Zəfərin nəticəsində yerləşdiyimiz bölgədə yeni reallıqlar yarandı. Belə ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin birmənalı şəkildə gələcəyə xidmət edən düşünülmüş strategiyası sayəsində yerləşdiyimiz regionun beynəlxalq statusu dəyişdi. Nəinki Azərbaycan, eləcə də region ölkələrinin qarşılıqlı əlaqələri, inkişafı, əməkdaşlığı üçün yeni imkanlar açıldı. Regionun böyük dövlətlərinin Azərbaycanla, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranıb. Qeyd edilən amillər tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Ulu Öndərdən Azərbaycanı layiqli şəkildə, xalqın yekdil dəstəyi ilə təhvil alan cənab İlham Əliyev son iyirmi iki il ərzində ölkəmizi ancaq irəliyə, inkişafa aparıb.Azərbaycanın təbii sərvətləri, zəngin resursları Dövlətimizin güclənməsinə, qüdrətlənməsinə, xalqımızın rifah halının yüksəldilməsinə sərf edilib. Azərbaycan bu gün Dövlət başçımızın düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində materikin əsas nəqliyyat-logistika arteriyalarından birinə çevrilib. Cənab İlham Əliyev ölkəmizi dünyada xarici siyasətin əsas baza prinsiplərindən biri hesab edilən etibarlı tərəfdaş kimi tanıdıb. Təkcə bu amil özü Azərbaycana dünyanın marağının artmasını şərtləndirib.Bu gün Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Ölkəmizin dünyada baş verən hadisələr, kataklizmlər fonunda öz inkişafını təmin edərək vətəndaşının sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulması, “Böyük Qayıdış” proqramının icrası, paralel olaraq beynəlxalq münasibətlərdə sərgilədiyi nümunəvi tərz, qətiyyət bütün dünyanın heyrətlə izlədiyi faktorlardır. Əlbəttə ki, bütün bunların arxasında müdrük siyasət dayanır.Bu mənada Cənab İlham Əliyevin yürütdüyü düşünülmüş, ardıcıl, gələcəyə hesablanmış qətiyyətli siyasət Azərbaycanımızı daha böyük zirvələrə daşıyır və daşıyacaqdır.Vüsal Atayev;Neftçala rayonu
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX