Bakı. Trend:
Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyathədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrəorta faiz dərəcəsi - AZIR arasında fərq minimuma enib.
Trend xəbərverir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "AzərbaycanRespublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsasistiqamətləri barədə bəyanatı"nda bildirilib.
Məlumata görə, AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub.Ümumilikdə 11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksiarasındakı standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3ayda 0.04 faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımındanməqbul hesab edilir.
"Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə digərfaizlərə təsir göstərməsi də müşahidə edilmişdir. Belə ki, iyulayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarındagəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalmasıilə müşayiət olunmuşdur", - məlumatda vurğulanıb.