RU

MOSSAD Livanda gizli əməliyyat keçirdi - Kritik şəxs qaçırıldı

İsrailin kəşfiyyat xidməti MOSSAD Livanda gizli əməliyyat keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı təqaüddə olan ümumi təhlükəsizlik zabiti Ahmad Şükr adlı şəxs qaçırılıb. 

Livan KİV yazır ki,  Şükrün qaçırılması 1986-cı ildə itkin düşmüş İsrail Hərbi Hava Qüvvələrinin pilotu Ron Arad işi ilə əlaqəli ola bilər. İddiaya görə, Ron Arad 1986-cı ildə Livanı bombaladığı zaman təyyarəsinin vurulmasından sonra “Əməl” Hərəkatı tərəfindən sağ ələ keçirilib. İsrailin Aradın taleyi ilə bağlı axtarışları həmin ildən etibarən davam etdirdiyi qeyd olunur.

Ron Arad.Fotoda Ron Arad

Məlumata əsasən, MOSSAD agentləri əməliyyatdan iki gün əvvəl Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Livana daxil olub. Agentlərin İsveç pasportları daşıdığı və əməliyyatdan qısa müddət sonra ölkəni tərk etdikləri iddia edilir.

Livanlı mənbələr bildiriblər ki, Ahmad Şükr Bəkaa vadisində yerləşən Nəbi Şit kəndində qaçırılıb. Əlavə məlumat verilməyib. 

Gülayə Mecid 

Избранный
97
50
unikal.az

10Источники