AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bildirilib ki, xarici mənşəli xərc amillərinin inflyasiyanın dinamikasına təsiri əhəmiyyətli olub.
“Qiymətləndirmələrə görə 2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2.87 faiz bəndi, nominal effektiv məzənnə isə 0.38 faiz bəndi artırıcı təsir edib. Dövr ərzində daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) amillərinin də inflyasiyaya təsiri ümumilikdə artırıcı olub”, - AMB-dən qeyd edilib.
Vurğulanıb ki, pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq:
“Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.
İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.
Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını göstərir”.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта