RU

Unudulmayan faciə - Rusiyada vurulan Azərbaycan təyyarəsinin ildönümü » AzadMedia.az


Bu gün Rusiyada vurulan Azərbaycan təyyarəsinin üzərindən bir il ötür. Zaman keçsə də, həmin faciənin yaratdığı ağrı, suallar və ədalət gözləntisi hələ də yaddaşlardan silinməyib. Bu hadisə təkcə bir hava gəmisinin məhv edilməsi deyil, insan talelərinin yarımçıq qalması, ailələrin ürəyinə çəkilən sağalmaz yara idi.
Həmin gün Azərbaycan bir neçə vətəndaşını birdən-birə itirdi. Uçuş təhlükəsizliyinin pozulması, mülki təyyarənin hədəfə çevrilməsi beynəlxalq hüququn və insanlıq prinsiplərinin kobud şəkildə tapdalanması kimi tarixə düşdü. Hadisə ilə bağlı verilən ziddiyyətli açıqlamalar, məsuliyyətin açıq şəkildə etiraf edilməməsi isə cəmiyyətin haqlı narazılığını daha da dərinləşdirdi.
Azərbaycan dövləti və xalqı ilk gündən bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Rəsmi Bakı faciənin səbəblərinin tam, şəffaf və obyektiv şəkildə araşdırılmasını, günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb etdi. Bu mövqe bir daha göstərdi ki, Azərbaycan öz vətəndaşlarının həyatına biganə yanaşmır və beynəlxalq müstəvidə haqlarını qətiyyətlə müdafiə edir.
Bu faciə həm də müasir dünyada mülki aviasiyanın təhlükəsizliyi məsələsinin nə qədər həssas olduğunu xatırlatdı. Siyasi və hərbi qarşıdurmalar fonunda dinc insanların həyatının risk altına atılması heç bir halda qəbulolunan deyil. Beynəlxalq ictimaiyyət bu cür hadisələrə selektiv yanaşmamalı, ikili standartlardan imtina etməlidir.
Bu gün biz yalnız həlak olanların xatirəsini anmırıq. Biz həm də ədalətə çağırır, unudulmasına imkan vermədiyimizi nümayiş etdiririk. Vurulan təyyarə ilə birlikdə yarımçıq qalan arzular, gözlənilən görüşlər, dönməyən yollar Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi qəlbimizdə yaşayır və ədalət bərpa olunana qədər bu faciə unudulmayacaq.
Избранный
31
1
azadmedia.az

2Источники