RU

Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib

BAKI, 25 dekabr. TELEQRAF

Təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib.

Teleqraf xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabatında deyib.

O bildirib ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir və region gənclərinin ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını artırır:

“Bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib. Vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb”.

Избранный
90
2
teleqraf.com

3Источники