Almaniya Hərbi Dəniz Qüvvələri dəniz kəşfiyyatı və sualtı qayıqlara qarşı mübarizə üçün Amerikanın General Atomics Aeronautical Systems şirkətindən dörd dəst orta hündürlükdə, uzun mənzilli (MALE) pilotsuz uçuş aparatları (PUA) alacaq.
Herbiand.az bildirir ki, hər dəstdə iki MQ-9B “SeaGuardian” pilotsuz uçan aparatı, həmçinin digər komponentlər, komanda və idarəetmə sistemləri var.
PUA-rın qiyməti təxminən 1,52 milyard avro olaraq qiymətləndirilir. Vəsait həm Almaniyanın dövlət büdcəsindən, həm də xüsusi fondlardan daxil olacaq. Müqavilə qiymətinə ehtiyat hissələri və digər xidmətlər, o cümlədən kadr hazırlığı daxildir.
Pilotsuz təyyarələrin 2028-2030-cu illər aralığında qəbul ediləcəyi gözlənilir.
Bəxtiyar CƏFƏRLİ