RU

Estoniya–Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlıdan  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Estoniya–Azərbaycan Evi adından səmimi-qəlbdən təbrik edir, dərin hörmət və ehtiramımızı bildiririk.

Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası mühüm tarixi nailiyyətlər əldə etmiş, dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, beynəlxalq aləmdə mövqelərini daha da gücləndirmişdir. Bu böyük uğurlar xaricdə yaşayan azərbaycanlılar üçün qürur mənbəyi olmaqla yanaşı, Vətənlə mənəvi bağlarımızı daha da möhkəmləndirir.

Sizin ardıcıl və məqsədyönlü diaspor siyasətiniz dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsi, milli kimliyimizin qorunması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Biz də Estoniya–Azərbaycan Evi olaraq bu siyasətə uyğun şəkildə ölkəmizi layiqincə təmsil etməyə və Azərbaycan–Estoniya əlaqələrinin inkişafına töhfə verməyə çalışırıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətinin daim güclənəcəyinə, xalqımızın sülh və rifah şəraitində yaşayacağına inanırıq.

Dərin hörmətlə,

Zəhra Qəhrəmanlı

Estoniya–Azərbaycan Evinin rəhbəri

Избранный
18
azerbaijan-news.az

1Источники