Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.
Biz İsraildə Sizin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinizi diqqətlə izləyirik. Siz dəfələrlə xarici təzyiqlər qarşısında əyilməyən lider kimi qətiyyət nümayiş etdirmisiniz. Biz israillilər dövlətimizlə qurduğunuz və bütün cəhdlərə baxmayaraq, heç kəsin xələl gətirə bilmədiyi dostluğa və tərəfdaşlığa görə Sizə səmimi-qəlbdən minnətdarıq.
Azərbaycan yəhudiləri, eləcə də ölkənizdəki digər azlıqların nümayəndələri dini etiqad azadlığına, təhlükəsizliyə, bərabər hüquqlara, antisemitizmə yol verilməməsinə görə Sizə təşəkkür edirlər.
Sizin Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən addımlarınız dünyada çox sayda xalqa ədalətin bərpa oluna biləcəyi ümidini verib. Bəzən bu, dərhal baş vermir, çünki bunun üçün gücü və münasib zamanı müəyyənləşdirməyə imkan verən müdriklik tələb olunur. Həqiqi nəticələr məhz bu yolla əldə edilir. Əsl dövlət liderləri “birgünlük siyasətçilər”dən fərqli olaraq məhz belə davranırlar.
Cənab Prezident, Sizin uğurlarınızı saymaqla bitməz. Azərbaycanın Sizin rəhbərliyinizlə sürətlə inkişaf etməsi, regionun lider dövlətinə çevrilməsi xüsusi qeyd edilməlidir.
İstər xarici ölkə liderlərinin, istərsə də milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda və dünyada yaşayan sadə insanların Sizə olan hörməti gördüyünüz işlərin bəhrəsidir. Ölkənizin rifahı naminə fəaliyyətiniz Sizə böyük ehtiram və rəğbət yaradıb.
Cənab Prezident, biz Sizin hamıya təklif etdiyiniz bu dostluq formulunu alqışlayırıq - Azərbaycan bərabərhüquqlu münasibətlər əsasında sizin dostunuz olmağa hazırdır. Lakin heç vaxt Azərbaycana nəyisə zorla qəbul etdirməyə çalışmayın.
Tam şəkildə əminik ki, Siz həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılara hələ çoxlu qələbələr, nailiyyətlər bəxş edəcəksiniz.
Əziz İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı bundan sonra da uğurlara və firavanlığa doğru aparan fəaliyyətinizdə bol enerji arzulayım.
Dərin hörmətlə,
Adam Amilov
“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti