RU

Azərbaycan Beynəlxalq Elektrotexniki Komissiyada assosiativ üzv kimi təmsil olunacaq

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) vasitəsilə ölkəmiz 1 yanvar 2026-cı il tarixindən Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq.

SİA bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

IEC-ə üzvlüyün əsas məqsədi elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyaların sürətləndirilməsi və beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasından ibarətdir.

Assosiativ üzvlük statusu həm IEC-in standart bazasından yararlanmağa, həm də bu təşkilatın elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalar sahələrinin standartlaşdırma üzrə texniki komitələrində iştirak imkanı qazandıracaq. Bu, ölkəmizdə həmin sahələrin inkişafını stimullaşdıracaq, eləcə də yeni texnologiyaların mənimsənilməsinə, beynəlxalq və innovativ yanaşmaların tətbiqinə şərait yaradacaq.

Bu ilin oktyabr ayında AZSTAND-ın IEC-ə assosiativ üzv qismində qəbulu tələblərinin təmin edilməsi məqsədilə Milli Elektrotexniki Komitə təsis edilib.

IEC konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən müvafiq sahədə xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.

Избранный
18
4
sia.az

5Источники