Pekin, 25 dekabr, AZƏRTAC
Kambocanın Milli Müdafiə Nazirliyi Tailandın artilleriya bölmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki şəxslər arasında ölənlərin olduğunu açıqlayıb.
AZƏRTAC Kamboca mediasına istinadla xəbər verir ki, Tailand dekabrın 25-də yerli vaxtla səhər saat 7-dən 11-dək Kambocanın Banteay Meançey əyalətinin Taley kəndinə 33 artilleriya mərmisi atıb. Nəticədə bir neçə ev dağılıb, 1 mülki şəxs ölüb, 7 nəfər xəsarət alıb.
Qeyd edək ki, Kamboca dekabrın 7-dən başlayan sərhəd toqquşmaları nəticəsində 31 mülki şəxsin öldüyünü, 90-dan çox sakinin xəsarət aldığını açıqlayıb. Tailand isə 23 hərbçinin və 34 sakinin öldüyünü bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin