RU

Daha bir İŞİD lideri saxlanıldı

Dəməşq Daxili Təhlükəsizlik bölmələri Baş Kəşfiyyat İdarəsi beynəlxalq koalisiya qüvvələri ilə birlikdə Əl-Muadamiyyə şəhərində əməliyyat keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində bir İŞİD lideri və onun silahdaşları saxlanılıb. 

Saxlanılan şəxs Dəməşqdəki terror təşkilatının lideri Taha əl-Zubidir. 

Onun üzərində partlayıcı qurğular və silahlar tapılıb.

Daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Suriyanın İŞİD-lə mübarizə aparmaq və onun Suriyadakı təhlükəsiz sığınacaqlarını ləğv etmək öhdəliyini bəyan etmişdi.

Избранный
19
operativmm.az

1Источники