RU

TTKF İdarə Heyətinin sədri: Bu il 2 ay davam edən Könüllü Proqramı təşkil olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondu 2025-ci təqvim ilində “QS Reimagine Education” çərçivəsində beynəlxalq tanınma sertifikatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, cari ildə Fond tərəfindən 2 ay davam edən Könüllü Proqramı təşkil olunub: “Könüllülər təhsil tələbə kreditləri ilə bağlı maarifləndirmə fəaliyyətlərinə cəlb edilib. Bundan əlavə, Fondun elektron portalının effektiv istifadəsi məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portal üzrə təyin edilmiş 108 nəfər məsul şəxs üçün təlimlər keçirilib”.

Избранный
94
1
azertag.az

2Источники