RU

"Napoli"yə transfer qadağası qoyulacaq?

İtaliya A Seriyasının hazırkı çempionu "Napoli" transfer qadağası ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin yazdığına görə, Neapol təmilçisi ilə yanaşı "Piza" klubunda futbolçuların maaş xərclərinin klub gəlirlərinə nisbəti icazə verilən həddi aşıb. Qaydalara əsasən bu göstərici 80 faizdən az olmalıdır.

Bu səbəbdən qış transfer pəncərəsində hər iki klub yalnız "sıfır balans" prinsipi ilə transferlər həyata keçirə biləcək. Yəni yeni futbolçunun heyətə cəlb olunması yalnız başqa bir oyunçunun satışı ilə mümkün olacaq.

Избранный
51
publika.az

1Источники