Ajans.az xəbər verir ki,bu barədə Moskva Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yanğın binanın dördüncü mərtəbəsində baş verib. Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub, binada olan şəxslər təxliyə edilib. Yanğının söndürülməsində azı 65 yanğınsöndürən iştirak edib. Şahidlərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə pəncərələrdən açıq alovun çıxdığı görünür. “Shot” Telegram kanalının məlumatına görə, yanğın biznes mərkəzinin 418 nömrəli ofisində başlayıb. İlkin ehtimala əsasən, yanğına qısaqapanma səbəb olub. “Baza”nın bildirdiyinə görə, yanğın ümumilikdə azı 100 kvadratmetr sahəni əhatə edən bir neçə ofisi bürüyüb. “MK” kanalının məlumatında isə qeyd olunur ki, alovlar qısa müddət sonra söndürülüb, lakin bir müddət pəncərələrdən tüstünün qalxdığı müşahidə edilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbləri araşdırılır.