RU

Nəşriyyatları məhkəmədə udan rəssam təzminat davası açacaq AÇIQLAMA

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl rəssam Pəri Miniatur “Qanun” və “Xan” nəşriyyatlarını müəllif hüquqlarını pozduqları iddiası ilə məhkəməyə vermişdi.

 Gununsesi.info xəbər verir ki, məhkəmə rəssam Pəri Miniaturun xeyrinə qərar çıxarıb.

Belə ki, “Qanun” və “Xan” nəşriyyatların Pəri Miniaturun işlərindən istifadə etməyə qadağa qoyulub.

Məsələ ilə bağlı Pəri Miniatur saytımıza açıqlama verib.

O bildirib ki, növbəti mərhələdə təzminat davası da açacaq:

“Məhkəmə ədalətli olaraq xeyrimə qərar çıxartdı. Qanun nəşriyyatının vəkili məhkəmələrə də gəlmirdi indiyə qədər. Sonuncu məhkəməyə gəldi ancaq. Fərqli-fərqli açıqlamalar verirdilər. Qanun nəşriyyatının vəkili deyirdi ki, biz kitabı sınaq üçün çap etmişik. Ancaq mən özüm kitabı satışda görmüşəm. Xan nəşriyyatının vəkili də deyirdi ki, rəssam qisas məqsədilə təzminat istəyir, bu işin qiyməti belə deyil. Hələ dedilər ki, mənəvi əzab çəkməmişəmsə, iddiam yersizdir. Onların fikrinə görə, mənəvi əziyyət çəkməli, psixoloji xəstəlik keçirməli idim. Belə hüquqşünas sözü olar? Bir sözlə, bütün hallarda hər iki nəşriyyat üçün işlərimdən istifadə qadağa edildi və növbəti mərhələdə hər bir nəşriyyatdan 10 min manat təzminat tələb edəcəm”.

Orxan

 Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
icma.az

1Источники