Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” AzərbaycanRespublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqi üzrəproqnozunu “stabil”dən “müsbət”ə yüksəldib və reytinqi “BB”səviyyəsində təsdiqləyib
Trend bu barədə"S&P"yə istinadən xəbər verir.
Agentliyin qeyd etdiyinə görə, qərar SOCAR-a dövlət dəstəyininçox yüksək ehtimalını əks etdirir və Azərbaycan üzrə suverenreytinq proqnozunun analoji şəkildə yaxşılaşdırılmasından sonraqəbul edilib.
“S&P” vurğulayır ki, müsbət proqnoz bir sıra amillərləşərtlənir. İlk növbədə, sülh nizamlanmasına doğru irəliləyişfonunda Azərbaycan və Ermənistan arasında gərginlik əhəmiyyətlidərəcədə azalıb, həmçinin hər iki ölkənin 2026-cı il büdcələrindəmüdafiə xərcləri ixtisar olunub. Bu dəyişikliklər münaqişəninyenidən alovlanması risklərini azaldıb və mövcud tendensiyanınqorunacağı təqdirdə, investor etimadını dəstəkləyə, Cənubi Qafqazdaregional ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşması hesabınaorta müddətli iqtisadi artımın daha dayanıqlı olmasına töhfə verəbilər.
Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondunun (ARDFN)əhəmiyyətli aktivləri ilə təmin olunan olduqca möhkəm fiskal vəxarici buferlərə malikdir. “S&P” hesabatında bildirilir ki,dövlət idarəetmə sektorunun aktivləri üzrə davamlı müsbət saldo vədövlət borcunun aşağı səviyyəsi şokların udulması üçün böyükdayanıqlıq ehtiyatı yaradır və iqtisadiyyata karbohidrogenqiymətlərinin dəyişkənliyini yumşaltmaqla makroiqtisadi sabitliyiqorumağa imkan verir.
Reytinq agentliyi geosiyasi risklərin azalacağı və fiskalehtiyatların qorunacağı halda, orta müddətli perspektivdəAzərbaycanın kredit göstəricilərinin daha da yaxşılaşacağınıgözləyir.
“Rəsmi sülh sazişi hələ imzalanmasa da, son öhdəliklər vəonların icrası istiqamətində atılan ilk addımlar son onilliklərərzində ikitərəfli münasibətlərin ən konstruktiv mərhələsinitərənnüm edir və investisiya mühitini yaxşılaşdıra, iqtisadi artımpotensialını artıra bilər”, – “S&P” qeyd edir.
Xatırladaq ki, 12 noyabr 2025-ci il tarixində “S&P” SOCAR-ınreytinqini “BB-”dən “BB” səviyyəsinə yüksəltmişdi.