RU

Pavel Durov: Makron Avropa İttifaqını rəqəmsal QULAQ-a çevirməyə çalışır

Fransa prezidenti Emmanuel Makron senzura və nəzarət yolu ilə Avropa İttiaqını rəqəmsal QULAQ-a çevirməyə çalışır...

Poliqon xəbər verir ki, bunu Telegram-ın həmtəsisçisi Pavel Durov X-dəki səhifəsində bildirib.

O, Aİ senzura qanununun müəllifi Tyerri Bretonun Makronun yaxın müttəfiqi və himayədarı olduğunu vurğulayıb. Durovun sözlərinə görə, son dərəcə aşağı təsdiq reytinqləri ilə üzləşən Fransa prezidenti onlayn tənqidçiləri susdurmağa, bütün Avropa İttifaqını senzura (DSA) və kütləvi nəzarət (Chat Control) yolu ilə rəqəmsal QULAQ-a çevirməyə çalışır.

24 dekabrda ABŞ-ın Avropa İttifaqının Daxili Bazar və Rəqəmsal Xidmətlər üzrə keçmiş komissarı Tyerri Bretona viza məhdudiyyətləri tətbiq etdiyi bildirilib. Makron Vaşinqtonun qərarını pisləyib.

QULAQ - 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumudur. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur.

Poliqon.info

 

Избранный
25
poliqon.info

1Источники