RU

Rusiya yaxın müddətdə təzminat ödənilməsini təmin edəcək

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təzminat və üzr məsələsi xeyli uzanarsa, müəyyən narazı ritorika işlətmək olar. Ümumiyyətlə, bu kimi digər məsələlər də daxil, biz Rusiyaya münasibətimizi konkretləşdirməliyik.Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından bir il keçməsinə baxmayaraq, hələ də Moskvanın qəzaya görə təzminat ödəməməsi, yaxud rəsmi dövlət səviyyəsində Bakıdan üzr istəməməsinə münasibət bildirərkən səsləndirib. O deyib ki hələ belə bir konkretləşdirmə yoxdursa, onda biz də baş verən və ya verəcək hadisələri müttəfiqlik müqaviləsinin ruhuna görə cavablandırmalıyıq:“Yəni etirazı da bu kontekstdən bildirməli, dövlətlərarası münasibətlərə uyğun davranmalıyıq. Əgər, Rusiya dövlətindən açıq şəkildə hansısa qeyri-dost addımlarla qarşılaşarsaq, onda başqa ritorikadan danışmağa dəyər. İndi Rusiya vurulmuş təyyarə məsələsində günahını boynuna alıb, Rusiya prezidenti iki dəfə üzr istəyib. Bu durumda digər məsələlərə də Azərbaycan tərəfi səbrlə yanaşmalıdır. Hesab edirəm ki, Rusiya yaxın müddətdə təzminat ödənilməsini təmin edəcək və rəsmi üzr istəyəcək”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
30
newscenter.az

10Источники