RU

Gələn il ARDNF-in valyuta satışları üzrə hərraclar davam etdiriləcək

BAKI, 25 dekabr. TELEQRAF

2026-cı ildə Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək. Eyni zamanda, pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə olunacaq.

Əlavə olaraq bildirilib ki, açıq bazar әmәliyyatları olaraq sterilizasiya mәqsәdli müxtәlif müddәtli not, habelә 7 günlük әmәliyyatlar üzrә hәrraclar da keçirilәcәk.

Избранный
49
teleqraf.com

1Источники