RU

"Hədəflədiyimiz əsas məqsəd ali təhsilin keyfiyyətinin artırılmasıdır" -Səbuhi Rzayev

"Ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biridir".

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Kredit Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

"Bu təhsil ilində ali təhsilin bütün səviyyələrində tələbə qəbulu sayı artıq 76 minə çatıb. Bu, kəmiyyət göstəricisidir, amma mən əmin etmək istəyirəm ki, həm kəmiyyət, həm də keyfiyyət istiqamətində ali təhsildə çox ciddi irəliləyişlər var. Növbəti strateji dövrdə, yəni 2027-2030-cu illərdə isə hədəflədiyimiz əsas məqsəd ali təhsilin keyfiyyətinin artırılmasıdır. Bizim ali təhsil müəssisələrinin daha keyfiyyətli məzmun təqdim etdiyi qədər, fondun imkanlarından yararlanan tələbələrin sayı da təbii olaraq artacaq".

Səbuhi Rzayev vurğulayıb ki, bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələrinin və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yeni təhsil proqramları müasir dövrün tələblərinə uyğun olaraq hazırlanıb və növbəti dövrlərdə bakalavr səviyyəsində də tətbiq olunması planlaşdırılır.

Aytəkin TOFİQQIZI

Избранный
51
1
redaktor.az

2Источники