RU

"Bu keyfiyyətdə ali təhsil müəssisələrinin qurulması hədəflərimizi artıracaq" -Açıqlama

"Elm və Təhsil Nazirliyinin birbaşa təşəbbüsü olan yeni ali təhsil müəssisələri artıq fəaliyyətə başlamaqdadır".

Redaktor.az xəbər verir ki, xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Kredit Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində qeyd edib.

"Ötən il fəaliyyətə başlayan Qarabağ Universitetini, Türkiyə-Azərbaycan Universitetini, İtaliya-Azərbaycan Universitetini misal göstərə bilərik. Bu keyfiyyətdə ali təhsil müəssisələrinin qurulması gələcəklə bağlı ali təhsildə olan ümidlərimizi və hədəflərimizi daha da artıracaq".

Səbuhi Rzayev sonda Təhsil Tələbə Krediti Fonduna dörd il ərzində göstərdikləri xidmətə görə təşəkkürünü bildirib.

Aytəkin TOFİQQIZI

Избранный
51
redaktor.az

1Источники