RU

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə müqaviləyə xitam verə bilmir! – klubdan rəsmi açıqlama

Elmar Baxşıyevin “Araz-Naxçıvan”ın baş məşqçi postundan ayrıldığından xəbərdarsız. Bunu artıq mütəxəssis özü də etiraf edib. Düzdü, klub rəhbərliyinin onunla vidalaşmasının doğru addım olub-olmadığı başqa söhbətin mövzusudu. Burda diqqətiçəkən məqam ayrılığın bir neçə gün əvvəl baş tutmasına baxmayaraq, qərarın rəsmən açıqlanmamasıdı.

Maraqlıdı, buna nə mane olur? Yubanmanın səbəbini öyrənmək məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Hələ müəyyən detallara aydınlıq gəlməyib. Həmin məqamlar da aydınlaşdırılmalıdı. Rəsmi açıqlamada müqaviləyə xitam verildiyi yazılmalıdı. Lakin vəziyyət belə deyil. Müqavilə hələ qüvvədədi. Bəzi səbəblərə görə razılaşmaya xitam verilməyib. Həmin məqamlar da dəqiqləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Naxçıvan təmsilçisi bu ilin mayında Elmar Baxşıyevlə birillik müqavilə imzalamışdı. Böyük ehtimalla, tərəflər arasında məhz təzminat məsələsiylə bağlı anlaşmazlıq var. Kəsəsi, dava pul davasıdı... Samir Abasovun “Neftçi”dən, Azər Həşimovun “Karvan-Yevlax”dan göndərilməsində olduğu kimi...

KƏNAN BAHADIR
Избранный
62
football-plus.az

1Источники