RU

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 115 nəfər saxlanıldı

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

“Yeni Sabah” “Hürriyyet”ə istinadla xəbər verir ki, İstanbul prokurorluğunun təqdimatı əsasında 137 şübhəli barədə həbs qərarı çıxarılıb və İstanbulda 124 fərqli ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatlarda 115 nəfər saxlanılıb.

Onlar İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinirlər. Araşdırmalar zamanı dəstə üzvlərinin Yeni illə bağlı bayram tədbirlərində ölkədə teeror aktları hazırlığında olduğu müəyyən edilib.

Saxlanılan şəxslər arasında Türkiyədə və beynəlxalq terror qruplaşmaları ilə əlaqəli olanlar var. Yaxalanan İŞİD üzvləri, əsasən, ölkənin qeyri-müsəlman əhalisinə və ölkədə keçiriləcək tədbirlərə yönəlmiş terror aktları keçirməsi planlaşdırıblar. Əməliyyat zamanı çox sayda tapança, patron və təşkilatla bağlı sənədlər ələ keçirilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
40
yenisabah.az

1Источники