RU

Dəhşətli qəza: Avtobus yandı, 9 nəfər həyatını itirdi

Hindistanın Karnataka ştatında yük maşını ilə yataqlı sərnişin avtobusunun toqquşması nəticəsində ilkin məlumata görə 9 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Hindustan "Times" qəzetinin xəbərinə görə, polis Karnataka ştatında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Rəsmilərin bildirdiyinə görə, yük maşını orta ayırıcı zolağı keçərək qarşı istiqamətdən gələn  sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra avtobus alovlanıb.

Hadisə nəticəsində yük maşınının sürücüsü və yanğın zamanı avtobusda sıxışıb qalan 8 sərnişin həyatını itirib. Yaralanan 21 nəfərin xəstəxanada müalicəsi davam edir.

Hindistanın Baş naziri Narendra Modi  "X" sosial media platformasındakı paylaşımında  hadisədən  dərin kədər hissi keçirdiyini bildirib və yaralılara şəfa arzulayıb.

Избранный
37
1
cebheinfo.az

2Источники