RU

Messi Amerika Kralı tituluna əsas namizədlərdən biridir

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dekabrın 31-də Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilən "Amerikanın Kralı" mükafatının qalibi elan ediləcək. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu dəfə Lionel Messi üç finalçı arasındadır.

“İnter Mayami”nin kapitanı ilə yanaşı, bu nüfuzlu mükafata daha iki namizəd var: “Racinq Avelyaneda”nın argentinalı hücumçusu Adrian Martínes və “Flamenqo”nun  braziliyalı yarımmüdafiəçisi Corcian de Arraskaeta.

Messinin bu il ilk dəfə mükafatı qazanmaq şansı yüksəkdir, ötən il isə səkkizqat "Qızıl top" mükafatçısı beşinci yeri tutmuşdu. Həmin il mükafat Braziliyanın "Botafoqo" klubundan Luis Enrike Andreyə verilib.

Bu il Messi "İnter Mayami" ilə MLS Kubokunu və Argentina milli komandası ilə 2026-cı il Dünya çempionatına vəsiqə qazanıb.

Dekabrın 7-də 38 yaşlı futbolçu karyerasında rekord qıran 47-ci titulunu qazanıb. Bir həftə əvvəl Hindistanda Messiyə dəyəri bir milyon dollardan çox olan saat hədiyyə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
lent.az

1Источники