RU

Hər şey yaxşı olacaq, şəhidim

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mən həkim ailəsində böyüdüyüm üçün həyatımda ən çox eşitdiyim cümlə bu olub. Atamın xəstələrinə dediyi bu cümlənin nə qədər real olub olmadığını 1993-cü ildə kəndimizdəki hospitaldan 4 yaralı əsgəri atam Bakıya gətirəndə anladım. (Helikopterdə biz də vardıq, düşmən rayona daxil olduğu üçün atam bizi də Bakıya gətirirdi.) Onda tanıdım atamın dilinin dediyi sözlə gözləri arasındakı təzadı...

Qan itirdiyi üçün susuzluqdan dili ağzında yanan gənc əsgər ağlaya-ağlaya ondan soruşurdu ki:

- “Həkim, öləcəm mən?”

O isə binti yaşlayıb onun dodaqlarını isladıb deyirdi:

- Yekə oğlansan, qorxma, sənə dedim ki, hər şey yaxşı olacaq...

Atamın üzünə baxırdım ki, görəsən əsgər öləcəkmi? (O isə bunu deyəndə əsgərin gözlərinə baxmırdı, qapqara bulud kimi dolmuş halda anamın üzünə uzun-uzun baxdı.) Anam səssizcə ağlamağa başladı. Düşündüm ki, yəqin müharibə şəraiti olduğu üçün anam buna görə kövrəlir. Evimizdən didərgin düşürük. Bakıya çatanda fərqinə vardım ki, yol boyu o əsgərin səsi gəlməmişdi daha...

Uşaqlıq xatirələrimdən...

Səbinə Babayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
redaktor.az

2Источники