Yunanıstanın "Liberal" qəzeti Türkiyənin son 30 ildə qazandığı gücü və bölgədə yaratdığı strateji dəyişikliyi araşdıran təhlil dərc edib.
Publika.az xəbər verir ki, "Türkiyə imkansıza nail oldu" başlıqlı təhlildə, Türkiyənin keçirdiyi transformasiyanın təkcə Yunanıstana deyil, həm də Şərqi Aralıq dənizindən Yaxın Şərqə qədər uzanan geniş coğrafiyaya birbaşa təsir etdiyi vurğulanıb.
“Əgər Rəcəb Tayyib Ərdoğan olmasaydı, Türkiyə bu qədər güclü olmazdı. Türkiyə bu qədər güclü olmasaydı, Yunanıstan özünü bu qədər təhdid altında hiss etməzdi. Bir əsr əvvəl Türkiyənin əhalisi Yunanıstanın əhalisindən iki dəfə belə çox deyildi. Bu gün isə səkkiz dəfə çoxdur", - təhlildə qeyd olunub.
Vurğulanıb ki, bu əhali artımı Türkiyəyə işçi qüvvəsi və elmi potensial baxımından əhəmiyyətli üstünlük verib.
